Previous Next

ADPU-da görüş: “İstiqlal şairi – Əhməd Cavad”

ADPU-da görüş: “İstiqlal şairi – Əhməd Cavad”

Oktyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə böyük Azərbaycan şairi, Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş “İstiqlal şairi – Əhməd Cavad” adlı görüş keçirilib.
Universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və ADPU TGT sədri Təhmasib İmaməliyev tələbələri salamlayaraq Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandığını və dahi sənətkarın yubileyinin bütün ölkə üzrə yüksək səviyyədə qeyd olunduğunu, onun yaradıcılığınən gənclərə aşılanmasının vacibliyini qeyd ediblər.
Görüşdə gənc tədqiqatçı Dilqəm Əhməd tələbələrə Əhməd Cavadın zəngin yaradıcılığı və keşməkeşli həyat və yaradıcılıq yolundan söz açmış, şairin həyat yoldaşı Şükriyyə xanımın çətin sürgün həyatından danışmışdır. Tədqiqatçı Əhməd Cavadın milli dövlətçilik tariximizdə oynadığı müstəsna rola diqqət çəkmişdir.
Görüş tələbələrin sualları ətrafında müzakirələrlə davam etdirilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search