Previous Next

ADPU Qazaxıstanda beynəlxalq tərəfdaşlıq proqramında iştirak edir!

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Müsəlman Dünyası ilə Ali Təhsil Dialoqu" proqramı çərçivəsində Qazaxıstan Milli Pedaqoji Universiteti (KazNPU) ilə "Pedaqoji Peşəkarlıq ve Beynəlmiləlləşmə" adlı layihədə tərəfdaşlıq edir.
ADPU-nun 6 nəfərdən ibarət nümayəndə heyəti “Pedagogical Professionalism and Internationalisation – Dialogue with the Post Soviet Islamic Education Space” proqramı çərçivəsində 5 – 13 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində səfərdədirlər. Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyyələşdirilən layihə Almaniyanın FAU, Qazaxıstan Milli Pedaqoji Universiteti (Abay Universiteti) və ADPU arasında elmi-mədəni dialoq xarakteri daşıyır.
2020-2021-ci tədris ilindən icrasına başlanılan 3 illik layihə çərçivəsində ilk səfər 2022-ci ilin 24-31 may tarixlərində Almaniyanın Nürnberq şəhərinə baş tutmuşdur. Layihənin ikinci səfəri üçün proqram isə artıq iyul ayından qərara alınmışdır. Layihə çərçivəsində 8 gün davam edəcək Almatı səfərində ADPU Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, mərkəzin müəllimləri Mirvari Qasımova, Jalə Səmədova, Təhsilin təşkili və idarə olunması ixtisasının magistrantı Gülnar Mirhüseynova, Filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisasının tələbəsi Nəzakət Əliyarova, İbtidai təhsil fakültəsinin tələbəsi Səbinə Tağıyeva tərəfindən təmsil olunur. Təmsilçilər beynəlmiləlləşmə, beynəlxalq təhsil mövzularında keçirilən seminarlarda iştirak edib və təqdimatlar hazırlayaraq 3 ölkənin nümayəndələri ilə müzakirələr aparırlar.
Bu ilin yekunu olaraq təşkili nəzərdə tutulan “Dual Models of Training of Future Pedagogical Professionals in the International Educational Space: Problems, Solutions, and Prospects” adlı Beynəlxalq Konfrans isə 11-12 oktyabr tarixlərində keçirilir. Konfransda layihənin hər bir üzvünün məqalə ilə çıxışı nəzərdə tutulmuşdur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search