Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyevanın dəvəti ilə “SABAH magistratura” ixtisaslaşmasında təhsil alan tələbələrin Təhsil siyasəti dərsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova qonaq spiker qismində iştirak edib.
Spiker məktəbəqədər təhsilin əhəmiyyəti, bu istiqamətdə dövlət siyasəti və onun formalaşdırılması, sahə üzrə aparılan tədqiqatlar, icma əsaslı məktəbəqədər təhsil layihəsilə bağlı təqdimatla çıxış edib.
Qeyd edək ki, İ.Rəsulova ADPU və ABŞ-ın Corc Vaşinqton Universitetinin (CVU) magistr pilləsində “Təhsilin idarə olunması və insan kapitalının inkişafı” ixtisası üzrə beynəlxalq ikili diplom proqramının məzunudur.