Cari ildə ADPU-nun 1969 nəfər məzunundan 71 faizinin məşğulluğu təmin olunub. Ötən il bu göstərici 63 faiz təşkil edirdi. Onlar əmək bazarına atılaraq bir qismi MİQ vasitəsilə dövlət ümumtəhsil məktəblərində, bir qismi özəl təhsil müəssisələrində, digər qismi isə qeyri-pedaqoji dövlət və özəl təşkilatlarda fəaliyyət göstərir, habelə, məzunlardan 390 nəfər (20 faizi) magistratura səviyyəsində ölkəmizdə və xaricdə təhsillərini davam etdirirlər.