Previous Next

Ə.Ə.Əlizadə-90

20 oktyabr 2022-i il tarixində Məktəbəqədər təhsil fakultəsində psixolo­giyasının əsas dayaqlarından biri olan, bənzərsiz istedada, yazıb yaratmaq eşqinə, yüksək insani keyfiyyətlərə malik olmuş, görkəmli psixoloq, böyük insan, əməkdar elm xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olmuş, "Şöhrət" ordenli alim, psixologiya üzrə elmlər doktoru, professor Ə.Ə.Əlizadənin 90 illik yubileyiinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Məktəbəqədər təhsil fakultəsinin dekanı ped.ü.e.d. Nailə Hüseyn­ova, əməkdar müəllim, p.ü.e.d., professor Ramiz Əliyev, ped.ü.e.d, professor Hikmət Əlizadə, əməkdar elm xadimi ped.ü.e.d., professor Fərrux Rüstəmov, əməkdar müəllim, ped.ü.e.d. prof. Şəhla Əliyeva, əməkdar müəllim, ped.ü.e.d. Müseyib müəllim, məktəbəqədər təhsil fakultəsinin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Ümumi psixologiya kafedrasının dosenti, p.ü.f.d. Ülviyyə Əfəndiyeva açaraq göstərmişdir: Həyatda elə insanlar var ki, onların adları çəkilən kimi işıqlı əməlləri göz önündə dayanır. Professor Ə.Əlizadə kimi. Təsadüfi deyildir ki, o, ömrünün 60 ilini məhz psixologiya elminin inkişafına həsr edib. Professor Əbdül Əlizadə hələ sağlığında öz müqəddəslik heykəlini yaratmışdır. Bu gün də onun psixologiya elminə bəxş etdiyi əsərlər psixoloqların, pedaqoqların, gənc tədqiqatçıların, alimlərin və tələbələrin stolüstü kitabıdır.  Əbdül müəllim zəngin bir alim ömrü, ziyalı ömrü yaşamışdır.

Gəlin onun yaratdığı ömür kitabını səhifələyək. Tədbir iştirakçıları Ə.Ə.Əlizadənin həyat və yaradıcılığı haqqında hazırlanmış kiçik bir video-çarxa baxmşlar.

Dosent Ülviyyə Əfəndiyeva Əbdül Əlizadə haqqında öz xatirələrini bölüşmək üçün sözü vaxtilə onun rəhbərlik etdiyi kafedrada çalışmış, Məktəbəqədər təhsil fakultəsinin dekanı  ped.ü.e.d. Nailə Hüseynovaya vermişdir. Ped.ü.e.d. Nailə Hü­seyn­ova Əbdül müəllim haqqında xatirələri ilə bölüşmüşdür. Əbdül müəllimin təkcə tanınmış alim-psixoloq deyil, həm də mənəviyyat sahibi olduğunu qeyd etmişdir.

Dosent Ülviyyə Əfəndiyeva sözü Ə.Ə.Əlizadə irsinin və nəslinin davamçısı, ped.ü.e.d, professor Hikmət Əlizadəyə vermişdir. Professor Hikmət Əlizadə böyük alimin və yüksək mənəvi keyfiyyətlərə malik olan bir insanın övladı olduğu üçün fəxr etdiyini qeyd etmişdir.

Sonra söz əməkdar elm xadimi ped.ü.e.d., professor Fərrux Rüstəmova  ve­rildi. Professor Fərrux Rüstəmov Əbdül müəllimin elmi yaradıcılığı və şəxsiyyəti ilə bağlı xoş sözlər demiş və onunla bağlı xatirələrindən danışmışdır.

  Ülviyyə Əfəndiyeva sonra sözü illərlə Ə.Əlizadə ilə birgə fəaliyyət göstərən, onunla çiyin – çiyinə çalışan, onu daha yaxşı tanıyan, məktəbəqədər təhsil fakul­təsinin uzun illərdir dekanı olmuş, əməkdar müəllim, ped.ü.e.d. prof. Şəhla Əliyevaya vermişdir.

Hörmətli professor, ped.ü.e.d., əməkdar müəllim, Müseyib İlyasov çıxış edrək Əbdül müəllimin yazdığı əsərlərin gənc nəsil üçün əhəmiyyətindən danışmış, onun insani keyfiyyətlərini yüksək qiymətləndirmişdir.

Sonra öz xatirələri ilə bölüşmək üçün söz Ə.Əlizadəni özünə həmişə müəllim hesab edən, onun yetirməsi, davamçısı olan əməkdar müəllim, psixol.ü.e.d., professor Ramiz Əliyevə verildi. Professor Ramiz Əliyev böyük alimin şəxsiyyəti və elmi yaradıcılığının harmoniyasından danışaraq göstərdi ki, “Əbdül Əlizadə bu sahəyə təsadüfən gəlmədiyini yüksək elmi, analitik təfəkkürü, mahir tədqiqatçılıq və müəllimlik qabiliyyəti, şəxsiyyəti ilə sübut etmişdir. Məlum deyil, Əbdül müəllim başqa bir peşə sahibi olsaydı bu zirvəni fəth edə bilərdimi. Amma dəqiq məlumdur ki, Azərbaycan psixologiya elmi çox şey itirərdi”.

Tədbir iştirakçıları hal-hazırda Əbdül Əlizadənin vaxtilə rəhbərlik etdiyi kaferdada çalışan,  həm xarici görünüşündə, həm davranışında, mədəniyyətində  böyük alimimizi xatırladan, elmdə də onun davamçısı olan p.ü.f.d. Səbinə Əlizadəni dinlədilər.

Daha sonra fakultənin professor- müəllim heyəti Əbdül müəllim haqqında öz xatirələrini bölüşdülər və onu xoş sözlərlə yad etdilər.

Tədbirin aparıcısı dosent Ülviyyə Əfəndiyeva göstərdi ki,  tələbələrimiz, gələcəyin psixoloqları böyük alimimizi görməsələr də onun əsərlərini oxuyur, müəllimlərinin Əbdül müəllim haqqında xatirələrindən onu tanıyır və sevirlər. Danışmaq üçün söz tələbələrə verildi. Onlar öz təəssüratları ilə bölüşdülər.

Sonda dosent Ülviyyə Əfəndiyeva professor Ə.Ə.Əlizadənin 90 illik yubi­leyiinə həsr olunmuş tədbiri professor Ramiz Əliyevin sözləri ilə bitirdi: “Əbdül müəllimin şəxsiyyəti özünün klassikliyi və müasirliyi, zənginliyi və sabitliyi, mənəviliyi və yaradıcılığı ilə Azərbaycanın mənəvi mədəniyyətinin şah əsərlərindən biridir və mübağiləsiz olaraq o, bizim milli xəzinəmizdə əbədi olaraq yaşayacaqdır”.

Həqiqətən də Əbdül müəllim bizim ürəyimizdə daima yaşayacaq, əməlləri iə, yaradıcılığı ilə, şəxsiyyəti  ilə!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search