Previous Next

ADPU-da dr. Maria Cseh “Təşkilati inkişaf” mövzusunda seminar keçib!

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ikili diplom proqramı üzrə əməkdaşlıq olunan ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) müəllimi dr. Maria Cseh “Təşkilati inkişaf” mövzusunda seminar keçib.
Qonağı əməkdaşlara təqdim edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, ADPU-CVU ikili diplom proqramı çərçivəsində CVU-nun akademik potensialından daha faydalı istifadə etmək üçün proqram müəllimləri ilə ADPU əməkdaşlarının bu tip müntəzəm görüşlərinin təşkili nəzərdə tutulur.
“Təşkilati inkişaf və dəyişikliklər” mövzusunda təqdimat edən dr. M.Cseh qeyd edib ki, dəyişikliklər adətən, narahatedicidir, lakin bu bizim üçün inkişaf səbəbidir. Bununla belə, inkişaf və dəyişikliyin fərqini ayırd etmək lazımdır. İnkişafda dayanıqlılıq və davamlılıq önəmlidir.
Spiker qeyd edib ki, təşkilatda planlı dəyişiklik etmək üçün dörd ardıcıl mərhələ icra olunmalıdır: başlamaq və hüquqi əsas; diaqnostika; planlama və tətbiq; qiymətləndirmə və möhkəmləndirmə.
Təqdimatda qeyd olunub ki, eyni zamanda əməkdaşların təşkilatların inkişafı üçün qərarvermədə iştirak etmək trendi son vaxtlar aktualdır və bu düzgün idarə olunarkən faydalı prosesdir. Burada prosesə liderlik etməyin də önəmi ortaya çıxır və bu baxımdan liderlərin hazırlanması və dünyagörüşü olduqca vacib məsələdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search