Previous Next

Pedaqoji Universitetdə YAP-ın 30 illiyi münasibəti ilə iclas keçirilib!

Oktyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə “Ü.Hacıbəyov 68” Ərazi Partiya Təşkilatının təşkilatçılğı ilə partiyanın yaranmasının 30 illiyinə həsr olunmuş iclas keçirilib.
Əvvəlcə, müstəqil Azərbaycan Respublikasının və YAP-ın qurucusu ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki abidəsi önünə gül dəstələri qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan iclasda ADPU-nun rektoru professor Cəfər Cəfərov, YAP Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev və “Ü.Hacıbəyov 68” Ərazi Partiya Təşkilatının sədri Sultanəli Qurbanov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq YAP-ın müasir Azərbaycan dövlətinin inkişadında müstəsna rolunu qeyd etmişlər. Natiqlər ümummili lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində yaranan partiyanın cəmiyyət həyatının bütün sahələrində müsbət fəaliyyətini xüsusilə qeyd etmişlər.
Tədbir iştirakçılarına partiyanın tarixini əks etdirən videoçarx nümayiş olunduqdan sonra YAP-ın “qızıl fondu”nu təşkil edən “91-lər”in nümayəndələrindən professor Hacan Hacıyev və dosent Allahverdi Hacıyev ötən əsrin 90-cı illərində yaranmış çətin ictimai-siyasi vəziyyət fonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətindən və bu zaman qarşıya çıxan çətinliklərdən söz açmışlar.
İclasın sonunda Ərazi Partiya Təşkilatının fəalları fəxri fərman və təşəkkürnamələrlə təltif olunub və Partiyaya yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search