Previous Next

ADPU-nun Şamaxı filialının müəllim və tələbələri Hərbi Qənimətlər Parkına ekskursiya ediblər!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Zəfər Günü” münasibəti ilə filialın bir qrup müəllim və tələbələrinin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirilən hərbi qənimətlər haqqında tələbələri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarətdir.
Hərbi Qənimətlər Parkına ekskursiya zamanı tələbələrə Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilib. Həmçinin, müharibə cinayətləri, döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da tələbələrin diqqətinə çatdırılıb.
Tələbələr ekskursiya çərçivəsində Vətən müharibəsi zamanı qənimət götürülən tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa etdilər, videozalda zəfər tarixini eks etdirən filmi izlədilər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search