Previous Next

ADPU-nun Ağcabədi filialında Zəfər Günü münasibətilə ədəbi-bədii gecə keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında 8 Noyabr - Zəfər Günü münasibətilə ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri dosent Vaqif Allahverdiyev açmışdır. 30 illik həsrətə son qoyulmasında qələbəmizin qazanılmasında qəhrəmanlıq göstərərək vətən, torpaq və xalq yolunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirə “Aran” qəzetinin və Aran Televiziyasının nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları dəvət olunmuşdur.
ADPU-nun Ağcabədi filialının şəhid məzunları Abbasov Ağaqardaş İlham oğlunun atası və Məmmədli Namiq Ağamməd oğlunun atası çıxış edərək şəhidlik zirvəsinə ucalmış məzunların keçdiyi şərəfli döyüş yolundan danışmış, şəhid məzunlar haqqında hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Sonra söz Aran Televiziyasının rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gündüz Sevindiyə verilmişdir.
Tədbirin gedişində tələbələr tərəfindən hazırlanmış müharibə səhnələrini əks etdirən və qələbə müjdəli kompozisiyalar nümayiş etdirilmiş, şeirlər söylənilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search