Previous Next

ADPU SABAH qruplarında Dram dərsləri, əhəmiyyəti, tətbiqi metodikası" adlı praktik seminar!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında Kimya və biologiya fakültəsinin dosenti Elnurə Səfərovanın rəhbərliyi ilə İBT401S qrupunda "Dram dərsləri, əhəmiyyəti, tətbiqi metodikası" adlı praktik seminar keçirilmişdir.
Seminarda tələbələr mövzu haqda təqdimatlar etmiş, praktik hissədə isə dram dərslərinə nümunə kimi "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılı improvizasiya edilmiş, ibtidai sinif dərsləri ilə əlaqəli şəkildə səhnələşdirilmişdir.
Tədbirin qonağı olan ADPU-nun dosenti, metodist Gülşən Hacıyeva çıxış edərək dram dərslərinin müasir dövrümüzdə əhəmiyyətini qeyd etmişdir.
Sonda ADPU SABAH Mərkəzinin müdiri dosent Lalə Mürsəlbəyova maraqlı seminara görə təşkilatçılara təşəkkür edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search