Previous Next

ADPU-nun kitabxanasında yeni türkcə kitabların sərgisi keçirilir

Noyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində yeni alınmış kitabların sərgisinin açılışı olub.
Sərgidə ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitetin prorektorları, fakültə dekanları, kafedra müdirləri, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak edib.
Rektor bildirib ki, Universitetdə aparılan sürətli yenilənmə işləri içərisində kitabxana fondunun dünya elmi-pedaqoji fikrinin nəzərə alınaraq, müasir trendlərə uyğun şəkildə ən son ədəbiyyatlarla təchizi, xidmət infrastrukturunun yenilənməsi və elektron xidmətlərin təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir.
Bu baxımdan son illər xarici dillərdə nəşr olunan təhsil tədqiqatları, təhsil menecmenti, psixologiyası, təlim metodlarına dair elmi əsərlərin alınması və tərcüməsi universitet rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Bu dəfə isə Türkiyədə nəşr olunan 74 adda ən son tədqiqat və digər dillərdən tərcümə əsərlər alınaraq universitetin akademik və tələbə heyətinin ixtiyarına verilib.
Sərgi ilə tanışlıqdan sonra rektor və akademik heyət universitetin kitabxanası və inzibati binasında aparılan təmir-yenidənqurma işlərinin cari vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, sərginin bir neçə gün davam etməsi planlaşdırılır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search