Previous Next

ADPU-nun Ağcabədi filialında Əhməd Cavadın 130 illik yubiley tədbiri keçirilib

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli istiqlal şairi kimi tanınan Əhməd Cavadın yüksək vətənpərvərlik qayəsindən, xalqa, dövlətçiliyimizə sədaqətindən qürur hissi ilə danışaraq qeyd etdi ki, Ə.Cavad M.F.Axundzadə, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid və başqaları ilə başlayan Azərbaycan milli istiqlal ideyası və türkçülük məfkurəsinin davamçısıdır. Onun adının milli azadlıq və istiqlal ideyaları ilə möhkəm bağlılığının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2022-ci il tarixində görkəmli sənətkarın anadan olmasının 130 illiyinin Respublika səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb deyə vurğulayan direktor bildirib ki, sərəncamda Ə.Cavad görkəmli şair, maarifçi və ictimai xadim, Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin təməlçisi, milli azadlıq və istiqlal uğrunda mübariz, yaradıcılığı dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirən sənətkar kimi qiymətləndirilir.
Filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri dos. Vaqif Allahverdiyev Əhməd Cavadın şərqdə ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlət himninin müəllifi kimi xalqın mənəvi yaddaşında əbədi yaşayacağına əminlik hissi ifadə etdi.
Sonra söz məruzəçilərə verildi. Dos. Mətanət Fərzəliyeva “Əhməd Cavadın yaradıcılıq yolu”, gənc müəllim Maya Abdullayeva isə “Əhməd Cavadın dövrü və həyatı” mövzusunda məruzə elədilər.
Məruzələrdə şairin həyatı, dövrü və onu yüksək amallar şairi kimi yetişdirən ictimai-siyasi mühitin amillərindən danışıldı.
Məruzələr dinlənildikdən sonra filialın Pedaqoji fakültəsinin bir qrup tələbəsi, o cümlədən Nəzrin Şirinova, Lalə Mahmudova, Mədinə Nağıyeva, Aytən Hüseynli, Sevinc Allahyarova, Nuranə Zeynalova, Aysu Teymurova və Fidan Hüseynovanın təqdimatında şairin yaradıcılığından lirik nümunələr və sözlərinə bəstələnmiş nəğmələr səsləndirildi.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search