Previous Next

ADPU-dq "Əhməd Cavad - Xalqın haqq bağıran səsi" mövzusunda ustad dərsi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Əhməd Cavadın 130 illik yubileyinə həsr edilən "Əhməd Cavad - Xalqın haqq bağıran səsi" mövzusunda ustad dərsi keçirilib.
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarovanın təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbələri ilə keçirilən dərsdə sözlərinin müəllifi Əhməd Cavadın olduğu Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tələbələrin hazırladıqları təqdimatlar əsasında şairin həyat və yaradıcılığı, uğradığı haqsızlıqlar, yazdığı şeirlər, lirik və satirik əsərlər, şeirlərinə bəstələnən musiqilər səsləndirilib, şairin həyatından müəyyən məqamlar səhnələşdirilib, şair haqqında yazılan əsərlərdən ibarət kitablar təqdim olunub.
Dərs zamanı qeyd olunub ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.
Ustad dərsində filialın struktur rəhbərləri, kafedranın müəllimləri iştirak edib

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search