Previous Next

ADPU-nun Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Heydər Əliyev Lektoriyasında Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə dəyirmi masa keçirilib. Tədbirə başlamadan öncə Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə filialın tədris və elmi işlər üzrə direktor müavini dosent Şasəddin Mikayılov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Tədbir zamanı məruzə ilə çıxış edən filialın sosial və pedaqoji elmlər kafedrasının müdiri Mayıl Alıcanov bildirib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib.
Sonra sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir”, Tələbə Gənclər Təşkilatının (TGT) fəalları, - İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Nigar Sahibova “Uğurlu təhsil İslahatının banisi Heydər Əliyev”, Məktəbəqədər təhsil ixtisasının III tədris ili tələbəsi Firəngiz Səmiyeva “Heydər Əliyev və Azərbaycan Gəncliyi” və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ili tələbəsi, TGT-nin sədr müavini Nuranə Mirzəyeva “Heydər Əliyevin multikulturalizm siyasəti” mövzularında çıxış ediblər. İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Nurcan İbadova “Sönməz, əbədidir Heydər Əliyev” (müəllif: Həsən Kamiloğlu), Fizika müəllimliyi ixtisasının I tədris ili tələbəsi Xədicə Azayeva “Heydər baba” (müəllif: Elşad Barat) şeirlərini səsləndiriblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş təqdimat və videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində filialın Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının fəalları Fəxri xiyabanı ziyarət ediblər. Kitabxana və elektron resurlar şöbəsinin müdiri Vəsilə Razimi, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi və Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Teymurova və təşkilat fəallarının iştirak etdiyi ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər düzülüb, gəncliyin himayədarına dərin hörmət və ehtiram hissi ifadə olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search