Previous Next

Pedaqoji Universitetdə konfrans: Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi

Dekabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Davam” Gənclər Hərəkatı ilə birgə “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı konfrans kəçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qeyd edib ki, bir neçə gün öncə Ümummilli Lider Heydər Əliyev anım gününü qeyd etdik, gələn il isə Ulu Öndərin anadan olmasının 100 illiyi bütün ölkədə böyük təntənə ilə qeyd olunacaq. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub və bununla bağlı tədbirlər planı təsdiq edilib. Müvafiq olaraq Universitet Elmi Şurasında “Heydər Əliyev İli” ilə bağlı ADPU-nun tədbirlər planı da təsdiq olunub və plana uyğun olaraq universitetdə, onun filiallarında silsilə tədbirlər keçiriləcək.
Prorektor vurğulayıb ki, elm və təhsilə, xüsusən müəllimlik peşəsinə böyük önəm verən Heydər Əliyev 5 dəfə Pedaqoji Universitetdə olub. Ulu Öndərin ali təhsil müəssisələrindəki çıxışlarının proqram xarakteri daşıdığını deyən prof. F.Rzayev deyib: “Bu gün də Heydər Əliyevin müəllimliklə, məktəblə bağlı tövsiyələri əsasında təhsilin inkişafı istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl siyasət həyata keçirilir, ən ucqar bölgələrdə belə yeni tipli təhsil müəssisələri yaradılır. Yeni məktəblər həm də yeni şüurlu müəllimlər tələb edir. Biz bu istiqamətdə var gücümüzlə çalışırıq və aparılan sistemli işlərin nəticəsində bu gün müəllimlik peşəsinin nüfuzu yenidən artıb. Artıq pedaqoji ixtisasların qəbul balları digər prestijli ixtisasları üstələyir, cari ildə ADPU-nun qəbul planı tamamilə dolub.”
Ulu Öndərin hərtərəfli milli dövlət quruculuğundan danışan professor deyd edib ki, sovet dövründə məhz H.Əliyevin təşəbbüsü ilə hərbi liseylə yanaşı Pedaqoji Universitetdə gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi ixtisası açılmışdı ki, bu da öz bəhrəsini I Qarabağ və Vətən müharibələrində göstərdi. Prorektor ADPU-da bu gün də mövcud olan bu ixtisasın SSRİ məkanında cəmi 4 ali məktəbdə olduğunu diqqətə çatdırıb.
“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı bildirib ki, təşkilat davamçılıq prinsiplərini əsas götürərək Ulu Öndərin 100 illiyi münasibəti ilə növbəti il ərzində “100 il” kampaniyasını icra edəcək.
Daha sonra Heydər Əliyevin gənclər siyasəti sahəsindəki fəaliyyətindən danışan natiq qeyd edib ki, məhz Ümummilli Lider tərəfindən yaradılan Gənclər və İdman Nazirliyinin fəaliyyəti, gənclər forumlarının keçirilməsi, Prezident İlham Əliyev tərəfindən təsis edilən MDB məkanında analoqu olmayan Gənclər Fondu, gənclər və idman hərəkatının inkişafı, elm və təhsilin inkiaşfı sahəsində icra olunan dövlət proqramları öz layiqli bəhrəsini veirir. Bu gün Şuşa-Xankəndi yolunda ölkəmizə qarşı ekoloji və mina terroruna qarşı etiraz edən yüzlərlə gənc məhz bu siyasi irsin və milli siyasətin yetirmələridir.
Çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Mirzəzadə qeyd edib ki, hər şeydən əvvəl hər bir gənc bilməlidir ki, Heydər Əliyev kimi ümumbəşəri dühanı yetişdirən məhz Azərbaycan xalqı, Azərbaycan cəmiyyətidir.Bu cəmiyyətimizin zəngin mədəniyyətinin göstəricisidir ki, tarixə nəzər saldıqda bütün dövrlərdə bunun şahidi ola bilərik.
Millət vəkili bildirib ki, hamıdan çox xalqı-millətçi olmaqla yanaşı, hamıdan çox müasir olan Ulu Öndər sovet dönəmindəki fəaliyyəti ilə təhlükəsizlik orqanlarını cəmiyyəti qorxudan orqandan onu qoruyan orqana çevirdi, milliləşdirdi. Onun iradəsi ilə 70-ci illərdə Azərbaycanda 6 universitet, hərbi lisey, yüzlərlə orta məktəb fəaliyyətə başladı.
Heydər Əliyevin Azərbaycan qarşsında ən böyük xidmətlərinin isə müstəqilliyin itirilməsi və ətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması olduğunu vurğulayan millət vəkili deyib ki, məhz Ümummilli Liderin milli idarəçilik fəlsəfəsi bugünkü uğurlarımızın, böyük zəfərimizin təməlini qoydu.
Daha sonra konfrans tələbələrin sualları ətrafında müzakirələrlə davam etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search