Previous Next

Körpələrə sevinc bəxş edək

Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə həyata keçirilən “İkinci həyat” layihəsi çərçivəsində filialın Məktəbəqədər təlim və tərbiyə ixtisasının bir qrup tələbəsi “Körpələrə sevinc bəxş edək!” devizi altında Şəki şəhərindəki qarışıq tipli uşaq evində olublar. Uşaq evinin rəhbərliyi və işçi heyətinin iştirakı ilə buradakı körpələrlə görüş keçirilib.
Uşaq evinin direktoru İlhamə Məmmədova tələbələri müəssisədəki əl işləri otağı və uşaqlar üçün hazırladıqları yeni kompazisiyalarla tanış edib. Sonra filialın tələbələri uşaqların qarşısında maraqlı proqramla çıxış ediblər. Əvvəlcə, tələbələrin hazırladıqları kukla teatrı nümayiş etdirilib. Teatr uşaqların böyük marağına səbəb olub. Sonra uşaqlar həvəslə tələbələrin təşkil etdikləri didaktik oyunlara, xüsusilə də əyləncəli “Atrapod” oyununa qatılıblar.
Görüşün sonunda tələbələrin hazırladıqları kukla teatrının personajları oyuncaqlar körpələrə hədiyyə edilib və xatirə şəkilləri çəkilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search