Previous Next

İncəsənət və fiziki tərbiyə fakültəsində dekan seçkiləri keçirilib

Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində dekan seçkiləri keçirilib.
Fakültədə çalışan 90 nəfər əməkdaşdan 88-nin iştirak etdiyi seçkilərdə Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi texnologiyası kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Anar Fərmayılov dekanlığa namizədliyini irəli sürüb.
Dekan seçkiləri ilə bağlı fakültənin ümumi iclasına sədrliyi Universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, katibliyi isə fakültənin əməkdaşı Gülnarə Bakıxanova icra edib.
Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova və Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev seçkidə müşahidəçi qismində iştirak ediblər.
Sədr dos. Eldar Aslanov iclası açıq elan edərək bildirib ki, qaydalara uyğun olaraq, dekanlığa namizədlər haqqında məlumat verildikdən sonra namizədlərin platformaları dinlənməli və müzakirələr aparılmalıdır. Daha sonra fakültə kollektivi gizli səsvermə yolu ilə yeni dekanı seçməlidirlər.
Prorektor qeyd edib ki, fakültənin son dekanı dosent Laçın Həsənova fəaliyyəti dövründə universitetin və fakültənin üzərinə düşən vəzifələrin yerinə yetirilməsində xüsusi xidmətlər göstərib.
Sonra dekan vəzifəsinə namizəd s.ü.f.d. Anar Fərmayılov öz platformasını təqdim edərək seçiləcəyi təqdirdə növbəti 5 il üçün fakültədə icra olunacaq fəaliyyətlərlə bağlı proqramınn əsas tezislərini kollektivin diqqətinə çatdırıb. Namizədin platformasında əmək bazarının tələbləri əsasında təsviri-incəsənət, musiqi və gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə kadr hazırlığına yeni yanaşmaların tətbiqi, habelə yeni tədris proqramlarının hazırlanması kimi məsələlər yer alıb.
Təqdimatdan sonra müzakirələrə keçilib. Müzakirələrdə fakültənin son dekanı dos. L.Həsənova kollektivə və universitet rəhbərliyinə təşəkkürünü bildirərək, fakültədə əldə olunan uğurlardan danışıb, yeni namizədin platformasına öz müsbət fikirlərini bildirib və seçiləcəyi təqdirdə bu platforma ilə fakültənin daha da inkişaf edəcəyinə inandığını ifadə edib.
Çıxış edən fakültə əməkdaşlarından prof. Zemfira Abdullayeva, prof. Jalə Qədimova, prof. Əli Mehtiyev, dos. Rəis Rəsulov, dos. Tofiq Məmmədov, dos. Gülbaba Quliyev, dos. Çingiz Rüstəmov, dos. Baloğlan Quliyev və b/m. Natiq Əliyevin namizəd haqqında rəylərinin dinlənilməsindən sonra gizli səsvermə başlayıb.
Gizli səsvermənin aparılması üçün fakültə əməkdaşlarından dos. Tofiq Məmmədovun sədri, dos. Çingiz Rüstəmov, b/m. Elçin Mayılov, b/m. Adil Vəliyev və müəllim Məsim Quliyevin üzvü olduğu Hesablayıcı Komissiya formalaşdırılıb.
Gizli səsvermədən sonra Hesablayıcı Komissiyanın sədri dos. T.Məmmədov nəticələri elan edərək, s.ü.f.d. Anar Fərmayılovun növbəti 5 il üçün ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı seçildiyini bildirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search