Previous Next

ADPU-nun Şamaxı filialı Beynəlxalq elmi konfransa tərəfdaşlıq edib

“ELGER” Beynəlxalq elm-tədris mərkəzinin təşkilatçılığı, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Şamaxı Heydər Əliyev Mərkəzi, Dünya Azərbaycanlıları Platforması və İsveçdəki Azərbaycanlılar Konqresinin tərəfdaşlığı ilə Qırğızıstan və Azərbaycan arasındakı elmi-mədəni əlaqələr çərçivəsində Qırğızıstan Cusup Balasagun Qırğız Milli Universiteti ilə birlikdə “Actual problems of science: in the lıght of the turkısh world and natıonal unıty (Elmin aktual problemləri: türk dünyası və milli birlik işığında)” adlı XXXIII Beynəlxalq elmi konfrans keçirilib.
Onlayn formada keçirilən konfransda ilk olaraq “ELGER” Beynəlxalq elm-tədris mərkəzinin rəhbərlərindən prof. Ellada Gərayzadə və dos. İlkin Qulusoy salamlama nitqi ilə çıxış edərək konfransın təşkilinə dəstək olan qurumlara, o cümlədən ADPU-nun Şamaxı filialına təşəkkür etdilər. Qeyd olundu ki, konfransın məqsədi türk dünyasında mövcud elmi-mədəni əlaqələri daha da genişləndirməkdir. Çıxışçılar konfrans iştirakçıları adından türk dövlətlərində əsl lider kimi tanınan cənab Prezident İlham Əliyevin doğum gününü təbrik etdilər.
Növbəti salamlama nitqi ilə çıxış edən filialın direktoru dos.Tünzalə Yusifova qeyd etdi ki, son illər filialda keçirilən Respublika və beynəlxalq səviyyəli konfranslar filialın elmi-tədqiqat mərkəzinə çevrilmə yolunda mühüm addımlardır. Direktor konfransın Azərbaycan-Qırğızıstan əlaqələri çərçivəsində keçirilməsinin Azərbaycanın türk ölkələri arasında körpü rolunu oynadığını vurğulayıb.
Sonra Şamaxı Heydər Əliyev mərkəzinin direktoru Könül Eyvazova "Heydər Əliyev bütöv türk dünyasının lideridir" mövzusunda çıxış etdi.
Cusup Balasagun Qırğız Milli Universitetinin əməkdaşı Farizat Kuramayeva çıxış edərək, Azərbaycan elm ictimaiyyətinin nümayəndələri ilə görüşdən məmnunluğunu bildirdi. O, konfransın aktual mövzuların tədqiqat nəticələrini özündə əks etdirəcəyinə inamını ifadə etdi.
Plenar iclasda, həmçinin ADPU-nun dosenti Yeganə Qəhrəmanova "Müasir dövrdə türk dünyasında milli dil və milli kimlik məsələləri", ADPU-nun Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri f.ü.f.d. Eyvaz Eminalıyev "Oljas Süleymdnovun yaradıcılığında türkçülük", ADU-nun baş müəllimi, t.ü.f.d. Şahismayıl İsmayılov "Türk xalqları" mövzularında məruzə etdilər.
Plenar iclasın sonunda dos. İlkin Qulusoy konfransın bölmələri, materialların çap olunma qaydaları və digər məsələlər haqqında məlumat verdi.
Sonra konfrans 7 bölmədə öz işini davam etdirdi. Bölmələrdə bir çox türk dövlətləri və Azərbaycan tədqiqatçıları ilə yanaşı, ADPU-nun Şamaxı filialının əməkdaşları da məruzə ilə çıxış etdilər.
Qeyd edək ki, konfrans materialları fiziki və onlayn formada nəşr olunacaq və bütün iştirakçılara ingilis dilində beynəlxalq səviyyəli sertifikat təqdim olunacaq.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search