Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyin ən yaxşı müəllimi” müsabiqəsinin əsas məqsədi pedaqoji ixtisaslarda təhsil alan tələbələrin stimullaşdırılması, onların peşəkarlığının artırılmasına əlavə dəstək verməkdir. Müsabiqə çərçivəsində seçilən tələbələr müəyyən mövzu üzrə apardıqları tədqiqat və araşdırmalar əsasında ekspert müəllimlər önündə təqdimatlar həyata keçirib, həmin mövzuların tədrisi metodikalarını nümayiş etdiriblər.
İlk olaraq universitetin Tarix və coğrafiya fakültəsində həyata keçirilən müsabiqə hazırda digər fakültələrdə də davam etdirilir. Riyaziyyat fakültəsi üzrə “Dairə sektorunun və seqmentinin sahəsi” mövzusunda təqdimat edən RZM1902B qrup tələbəsi Mələkxanım Babayeva, İbtidai təhsil fakültəsi üzrə “Presentation about listening skills” mövzusunda təqdimat edən İBT1912B qrup tələbəsi Xəyalə Əliyeva, SABAH qrupları üzrə isə İBT401S qrup tələbəsi Xədicə Mehdizadə münsiflər heyətinin qərarı ilə qalib seçilərək diplomlarla təltif olunmuşdur.
Layihə qarşıdakı aylarda ADPU-nun digər fakültələrində də davam edəcək.