Previous Next

ADPU rektoru qış imtahan sessiyasının gedişi ilə tanış olub

Yanvar ayının 5-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2022-2023-cü tədris ilinin qış imtahan sessiyasına start verilib. İmtahan prosesi yazılı və şifahi formada təşkil olunur.
Yanvarın 6-da ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə qış imtahan sessiyasının gedişini izləyib.
Rektor yazılı və şifahi imtahanların gedişi ilə yerində izlədikdən sonra imtahan prosesinin gedişini tənzimləmək və yarana biləcək problemlərin operativ həll olunması üçün fəaliyyət göstərən İmtahan Qərargahı və Apelyasiya Komissiyasının işi və imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.
Qeyd edək ki, imtahan prosesinin təşkilində şəffaflığın və təhsilalanların iştirakının təmin edilməsi məqsədi ilə sessiya ərzində tələbə təşkilatlarının nümayəndələri prosesi müşahidə edəcəklər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search