Previous Next

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirakı və çıxışı bir daha sübut etdi ki, idman dövlət siyasətinin əsas prioritetlərindən biridir.

            Ölkə başçısının xüsusi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanda idman sahəsi özünün intibah dövrünü yaşayır. Artıq uzun illərdir ki, Azərbaycanda Olimpiya hərəkatı və idman sürətlə inkişaf edir, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Bu gün biz bu uğurlu siyasət nəticəsində ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişik. Son illərdə bu istiqamətdə dövlət investisiyası hesabına müasir Olimpiya idman qurğuları tikilmişdir. Ölkə başçısı bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu diqqətə çatdıraraq qeyd etmişdir ki: "Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir".

            Artıq uzun illərdir ki, ölkəmizdə mötəbər idman yarışları keçirilir. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini deyən Ölkə başçısı bildirmişdir: "Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər". Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir.

            Dövlət başçısı tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlandığını, o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası olduğunu vurğulayaraq qeyd etmişdir: “Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”.

            Bu gün işğaldan azad edilmiş torpaqlarımızda müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapdığını diqqətə çatdıran Ölkə başçısı vurğulamışdır: "Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir".

            Beləliklə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə, ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Bu isə dövlətin və dövlət başçısının gənclərin fiziki hazırlığının yaxşılaşdırılması, yeni idman qurğularının istifadəyə verilməsi, idmançıların daha böyük uğurlara ruhlandırılması istiqamətində həyata keçirdiyi layihələrin nəticəsidir.

S.ü.f.d Fərmayılov Anar Hümbət oğlu
incəsənət və fiziki tərbiyə fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search