Previous Next

Pedaqoji Universitetdə 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının (ƏPT) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin azdlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rektor professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, bundan 33 il öncə müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşanıb. Rektor vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi və bu gün 20 Yanvar şəhidlərinin xatirəsi hər birimizin qəlbində əbədi yaşayır.
20 Yanvar hadisələrinə aid videoçarxın nümayişindən sonra istedadlı gənc şair, 20 yaşlı 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi professor Almaz Ülvi, 20 Yanvar şəhidlərindən AMEA-nın aspirantı, ADNSU-nun müəllimi Yusif Sadıqovun bacısı professor Sayalı Sadıqova və Fərizə Allahverdiyevanın qardaşı Zakir Nəbiyev təəssüratlarını bölüşərək, bu misilsiz faciədə xalqımızın onlarla igid övladlarının vətənin gələcəyi üşün özlərini qurban verdikləri qeyd ediblər.
Universitetin Filologiya fakültəsinin II tədris ili tələbəsi Aytac Muradlının ifasında tanınmış şairə Mahirə Nağıqızının "Şəhidlər" şeirinin səsləndirilməsindən sonra tədbir iştirakçılarından ADPU-nun prorektoru professor Asəf Zamanov, professor Hacan Hacıyev, AMEA-nın müxbir üzvü Novruz Quliyev və YAP veteranı Rizvan Vahabov da fikirlərini bölüşərək Azərbaycan tarixində önəmli mərhələ təşkil edən bu cür qanla yazılan tarixlərin qeyd olunması və yaşadılmasının əhəmiyyətini vurğulayıblar.
Sonda “Ü.Hacıbəyli-68” ƏPT-nin sədri dosent Sultanəli Qurbanov yekun nitqi ilə çıxış edərək şəhidlərimizin xatirəsini yaşatmağın hər birimiz üçün vacib missiya olduğunu qeyd edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search