Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının tələbələrinin Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təhsil və tanıtım üzrə meneceri İmran Muxtarovla görüşü keçirilib. Görüşdə Yerin müşahidəsi, rabitə, naviqasiya, insanın kosmosa uçuşu və kiçik peyklər, hazırkı və gələcək əməliyyat tətbiqləri, təhsil, siyasət, iqtisadiyyat, tarix və hüquq da daxil olmaqla kosmosun cəmiyyətlə qarşılıqlı əlaqəsi haqqında tələbələrə məlumat verilmişdir. Sonda müsabiqədə iştirak etmək şərtləri, elm və tədqiqat, tətbiqlər və əməliyyatlar, texnologiya, infrastruktur, kosmos və cəmiyyət mövzularında məqalələrin yazılma qaydaları haqqında izahat verilmiş və tələbələrin sualları cavablandırılmışdır.