Previous Next

ADPU-nun tələbə və əməkdaşları qardaş ölkəyə dəstəyini davam etdirir

Fevralın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində 7 mindən çox insan həlak olmuş, on minlərlə insan yaralanmış, minlərlə bina və evlər dağılmışdır.
Qardaş ölkənin 10 vilayətində yaranan fövqəladə vəziyyətin böyüklüyünü və kəskin hava şəraitini nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də zəlzələdən zərər çəkənlərə humanitar yardım məqsədi ilə tələbə və əməkdaşları arasında yardım kampaniyasında iştirak  etmək istəyənlərə şərait yaradılıb.
Kampaniyaya çərçivəsində fevralın 8-dən etibarən ADPU-nun tələbə və əməkdaşları universitetin Bakı şəhərində yerləşən tədris binalarına yaxınlaşaraq qardaş türk xalqına yardım üçün zəruri ləvazimatları təhvil verməyə başlayıblar.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin məlumatına əsasən, bütün yaşlardan olan zərərçəkənlərin əsasən qış paltarlarına - gödəkçə, şalvar, əlcək, corab, ayaqqabıya ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, odeyal, döşək, standart qızdırıcı cihazlar, əl fənəri, generator, poverbank, təmizlik alətləri, gigiyenik vasitələr, uşaq ləvazimatları və s. lazımdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search