Previous Next

Quba filialı “Ulu öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirib

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımının 105-ci və 26 Fevral – Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilmişdir.
Tədbirdə universitetin direktor müavini t.ü.f.d. İsmayıl Mahmudov, Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, filialın və Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları, filialın tarix coğrafiya müəllimliyi və tarix müəllimliyi ixtisasının tələbələri iştirak edib.
Tədbir tarix müəllimliyi ixtisasının I tədris ili tələbəsi Nəzrin Məmmədovanın moderatorluğu ilə davam edib. Əvvəlcə torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra t.ü f.d. Təhminə Əliyevanın, filialın İKT şöbəsinin müdir müavini Hikmət Musayevin, tarix müəllimliyi ixtisasının I tədris ili tələbələrinin təşəbbüsü ilə hazırlanan Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş videoçarx təqdim edilib.
Tədbirdə çıxış edən natiqlər, Quba Soyqırımı Memorial Kompleksinin mətbuat katibi Abutalıb Turabov, Kompleksin direktor müavini Mehriban Əliyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin elmi işçisi, filialın müəllimi dosent Sübhan Talıblı, filialın müəllimi t.ü.f.d. Təhminə Əliyeva, tarix müəllimliyi ixtisasının I tədris ili tələbəsi Leyla Əliyeva 1918-ci il soyqırımları zamanı 50 mindən çox günahsız insanın erməni qəsbkarları tərəfindən qətlə yetirilməsi, Memorial Kompleksin fəaliyyəti, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumatlar vermişlər. Çıxış edənlər, həm də filialda gənc nəslə bu tarixi həqiqətlərin çatdırılmasında, bu istiqamətdə müntəzəm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində təşəbbüs və fəaliyyətinə görə filialın direktoru f.e.d., dosent Yusif Alıyevə, bu sahədə Soyqırım Memorial Kompleksində aparılan işlərə görə Kompleksin direktoru t.ü.f.d. Rəxşəndə Bayramovaya təşəkkür ediblər.
Vurğulanıb ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur, eyni zamanda Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən də olduqca fəal və məqsədyönlü işlər aparılır, Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.
Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən müxtəlif bukletlər təqdim edilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search