Previous Next

ADPU THİK Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) və Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU THİK sədri dosent Vurğun Məmmədov Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində Universitet daxilində həyata keçiriləcək layihələrdən danışaraq, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşımıza əbədi həkk olunduğunu bildirib. Daha sonra Xocalı faciəsində baş vermiş hadisələri tələbələrlə bölüşmüş, ermənilərin törətdikləri qətliam haqqında ətraflı söz açmışdır.
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixinin texnalogiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Taleh Cəfərov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq, mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd etmişdir.
Sonda Kimya və biologiya fakültəsinin tələbələri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirmişlər.
Görüş diskussiya ilə davam etmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search