Previous Next

ADPU-da "Xocalı: bir millətin kədəri" adlı tədbir keçirilib

Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) İbtidai təhsil fakültəsi təşkilatı tərəfindən Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xocalı: bir millətin kədəri" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Xocalı qurbanlarının və vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova çıxış edərək Xocalı soyqırımının bəşəriyyətin törədilmiş ən ağır və dəhşətli cinayətlərindən olduğunu, Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələrin qəddarlıqla qarşısına çıxan hər kəsi qətlə yetirdiyini vurğulamışdır.
Daha sonra ADPU TGT-nin sədri Təhmasib İmaməliyev çıxış edərək faciəyə tarixi aspektdən yanaşmış, Azərbaycana qarşı törədilən bu misli görünməmiş faciənin nəticələrindən danışmışdır.
Tədbir bədii hissə ilə davam etmişdir. ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Bayatı-şiraz" muğamı, Müslüm Maqomayevin “Azərbaycan" mahnısı ifa olunmuş, tələbələrin hazırladıqları müxtəlif şeir və səhnəciklər təqdim edilmişdir.
Tələbələr müxtəlif dillərdə Xocalı soyqırımı ilə bağlı informativ çıxışlar ediblər. Həmçinin, fakültənin foyesində tələbələrin əl işlərindən ibarət sərgi təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search