Previous Next

ADPU-da “Xocalıya ədalət” kampaniyası çərçivəsində elektron aksiya keçirilib

Fevralın 24-də Səbail rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində "Xocalıya ədalət" kampaniyası çərçivəsində elektron aksiya həyata keçirilmişdir. Aksiya çərçivəsində ADPU-nun 30-a yaxın tələbəsi tərəfindən dünya ictimaiyyətinə müxtəlif dillərdə Xocalı həqiqətlərini özündə əks etdirən elektron məktublar ünvanlanmışdır.
Aksiyada ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Səbail rayonu Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva da iştirak etmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search