Previous Next

Şəki filialında “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktiki konfrans keçirilib

XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi şəxsiyyətin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.
Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar fevralın 27-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktiki konfransda səsləndirilib.
“Heydər Əliyev İli” çərçivəsində ADPU-nun Şəki filialında keçirilən konfransı bu ali təhsil müəssisəsinin direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rəsulov açaraq, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızda siyasi, sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən islahatlardan, dahi rəhbərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib.
Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar Elmi Mərkəz tərəfindən xüsusi tədbirlər planının hazırlandığını və silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Konfransda universitet filialının baş müəllimi Tahir Məhərrəmovun, Şəki REM-in elmi işçisi Tural Adışirinovun, filialın müəllimi Kəmalə Ramazanovanın, baş müəllim Rasimə Bəkirovanın, REM-in elmi işçisi Murad Qəhrəmanovun, Elmi Mərkəzin əməkdaşı Elvin Qarayevin Ulu Öndərə həsr olunan məruzələri dinlənilib. Çıxış edənlər Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Ümummilli Liderin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search