Previous Next

“Heydər Əliyev dərsləri” davam edir

  Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində “Heydər Əliyev dərsləri”nin  növbəti  məşğələsi keçirilib. Universitetin Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Tarix və coğrafiya fakültəsinin 2 qrupunun (Tar 2202B, Tar 2204B) tələbələri iştirak edib.

      Mərkəzin mütəxəssisi Ceyla Səmədzadə tələbələri nümayiş olunan eksponatlarla tanış edib. Qeyd edib ki, mərkəzdə Ulu Öndərlə bağlı 400-ə dək foto, arxiv sənədinin surəti, kitab, jurnal, məcmuə və digər əşyalar qorunub saxlanılır. Daha sonra o, dərsin iştirakçılarına Heydər Əliyevin həyatının müxtəlif dövrləri, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı aspektləri barədə geniş məlumat verib.

    Mərkəzin müdiri T.Süleymanov öz məruzəsində Ümummilli Liderin Azərbaycan tarixindəki yeri və rolu haqqında danışıb. Bildirib ki, Heydər Əliyev bir tərəfdən fitri istedadı, digər tərəfdən gərgin əməyi sayəsində istər orta məktəb, texnikum, institut və universitetdə təhsil aldığı illərdə, istərsə də müxtəlif dövlət orqanlarında çalışdığı dövrlərdə ən yüksək nailiyyətlər əldə edib. Ulu Öndər bir-birindən köklü şəkildə fərqlənən iki dövrdə Azərbaycana uğurla rəhbərlik edib, onun hərtərəfli inkişafını təmin edərək SSRİ-nin 15 respublikası arasında qabaqcıl mövqelərə çıxarıb. Müstəsna keyfiyyətlərinə görə Heydər Əliyev SSRİ kimi nəhəng  ölkənin ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. Ona qədər nəinki heç bir azərbaycanlı, ümumiyyətlə, Sovet İttifaqı tərkibindəki heç bir müsəlman xalqının nümayəndəsi həm Siyasi Büronun üzvü, həm də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək vəzifələrə layiq görülməmişdi. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə hökm sürən xaos və anarxiyanın, etnik seperatizm təzahürlərinin qarşısını aldı, hakimiyyəti silahlı yolla devirmək praktikasına birdəfəlik son qoydu. Beləliklə, Azərbaycan yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtuldu, aparılan əsaslı islahatlar sayəsində davamlı inkişaf yoluna qədəm qoydu.

   Məruzədən sonra dünyanın görkəmli siyasi və dövlət xadimlərinin Heydər Əliyev haqqında söylədiyi fikirləri əks etdirən slaydlar, ardınca isə Ulu Öndərə həsr edilmiş sənədli film nümayiş olunub.

    “Heydər Əliyev dərsləri”   sual-cavab və müzakirələrlə başa çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search