Previous Next

Fizika fakültəsində kafedra müdiri seçkiləri keçirilib

Martın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri dosent Arzu Daşdəmirov qeyd edib ki, gündəliyə Ümumi fizika  və Fizikanın tədrisi texnologiyası kafedralarına kafedra müdiri  seçkisinin keçirilməsi daxil edilib. Məlumat verilib ki, iclas Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na əsasən keçirilir. Hər bir vəzifəyə bir namizəd sənəd verib.
Daha sonra namizədlərin 5 illik strateji inkişaf platformaları dinlənildi. Əvvəlcə Ümumi fizika kafedrasının kafedra müdiri vəzifəsinə namizədliyini irəli sürən professor Cahangir Hüseynovun, daha sonra isə Fizikanın tədrisi texnologiyası kafedrasının kafedra müdiri vəzifəsinə namizədliyini irəli sürən dosent Sevinc Cəlilovanın strateji inkişaf platforması dinlənildi. Gizli səsvermənin nəticələrinə əsasən, səs çoxluğu ilə hər iki namizəd kafedra müdiri vəzifəsinə seçildi.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search