Previous Next

Fəal tələbələr ADPU YUNESKO klubunun rəhbərliyinə seçildi

Artıq bir neçə ildir ki, Azərbaycan YUNESKO Klubları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) YUNESKO klubu fəaliyyət göstərir.
Bu yaxınlarda ADPU YUNESKO klubunda müxtəlif vəzifələr üzrə vakansiyalar elan edilib. Müsahibədən uğurla keçən ADPU-nun Filologiya fakültəsinin III tədris ili tələbəsi Əhmədağa Babaşov klubun prezidenti, fakültənin II tədris ili tələbəsi Banuçiçək Nəcəfzadə isə vitse-prezidenti vəzifəsinə təyin seçiliblər.
Qeyd edək ki, hər iki tələbə bu vaxta qədər ictimai fəaliyyətləri ilə seçiliblər.
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan-YUNESKO münasibətləri müstəqil şəkildə inkişaf etməyə başlamış və Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
YUNESKO-nun ölkələr ilə əməkdaşlığı müxtəlif təsisat, platforma və proqramlar üzərindən həyata keçirilir. Belə platformalardan biri də YUNESKO klublarıdır. Hazırda bu klubların sayı 78 ölkəni əhatə etməklə, ümumilikdə 4194-ə çatmışdır. Bü cür klubların yaradılmasının əsas məqsədi YUNESKO-nun elm, təhsil və mədəniyyət sahələrində ideya və prinsiplərinin geniş təbliğ olunması, habelə qeyd olunmuş sahələrdə həm ölkədaxili, həm də beynəlxalq müstəvidə təcrübə mübadiləsinin həyata keçirilməsidir. YUNESKO klubları vasitəsi ilə uşaq və gənclər müxtəlif yerli və beynəlxalq layihələrə və könüllülük fəaliyyətinə cəlb olunurlar.
Azərbaycan YUNESKO klublarının əsas fəaliyyət istiqamətləri təhsil və mədəniyyət, gender bərabərliyi, gənclərin fərdi inkişafı, dayanaqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəstək, innovativ düşüncə tərzinin təbliğ olunmasıdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search