Previous Next

Qubada Ümummilli Lider Heydər Əliyevin 31 Mart Soyqırımının tanıdılmasındakı roluna həsr olunan konfrans keçirilib

Quba Soyqırımı Memorial Kompleksində “Heydər Əliyev ili” və 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş 31 Mart Soyqırımının 105-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyəti” adlı konfrans keçirilib.
Konfrans Quba Soyqırımı Memorial Kompleksi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin birgə təşkilatçılığı ilə keçirilən konfransda öncə iştirakçılar 31 Mart Soyqırımı abidəsini ziyarət edərək Kompleksin muzey bölməsi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Memorial Kompleksin direktoru t.f.d. Rəxşəndə Bayramova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafında, onun tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlərdən söz açıb. Daha sonra ADPU-nun Quba filialının direktoru f.e.d., dosent Yusif Alıyev, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin direktoru Kamran Əliyev çıxış edərək tarixən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımılara Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hüquqi-siyasi qiymət verildiyini qeyd ediblər.
30-a yaxın məruzəçinin çıxış etdiyi konfrans iki bölmədə davam edib, sonda tədbir iştirakçılara və təşkilatçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search