Martın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, ADPU-nun Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) tərəfdaşlığı ilə “Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində Quba rayonunda təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil edilmiş “EduCamp 2023” tələbə düşərgəsinin qonağı olub.
Görüş çərçivəsində prorektor tələbələr üçün “Beynəlxalq şagird qiymətləndirmə tədqiqatları (PISA, PIRLS, TIMSS, ICILS) nəyi və necə ölçür?” mövzusunda informativ məlumat sessiyası keçirib və tələbələrlə birlikdə maraqlı diskussiya aparılıb.