Previous Next

ECAR layihəsi çərçivəsində Tədris və keyfiyyət məsələləri Komitəsinin növbəti iclası keçirildi

Avropa İttifaqının ERASMUS+ layihəsi çərçivəsində maliyyələşdirilən və Bakı Bisnes Universiteti (BBU) tərəfindən koordinasiya olunan “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)” layihəsi çərçivəsində layihəyə tərəfdaş olan 19 ali təhsil müəssisəsinin iştirakı ilə pilot olaraq təsis edilmiş Tədris və keyfiyyət məslələri üzrə Komitənin üzvlərinin 12-18 mart tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərinə səfəri təşkil olmuşdur. Səfərdə 16 tərəfdaş universitetdən tədris və keyfiyyət təminatına məsul olan 30 nəfər rəhbər şəxslər iştirak etmişdir.
Səfər müddətində Tədris və keyfiyyət məsələləri üzrə pilot Komitənin hibrid formada iclası keçirilmişdir.
Pilot komitənin sədri, ADPU-nun tədris işləri üzrə prorektoru dos. Eldar Aslanov iclası açaraq, komitənin yarandığı dövrdən keçən qısa müddətdə görülmüş işlər haqqında məlumat vermişdir. Komitə üzvlərinin fəal müzakirələri ilə Komitənin əsasnaməsi, 2023-cü il üzrə illik iş planı və komitə üzvü olan ali məktəblər arasında keçirilməsi nəzərdə tutulan sorğu layihəsi qəbul edilmişdir. Qəbul edilmiş iş planına əsasən Azərbaycan ali məktəblərində tədris və keyfiyyət təminatı sahəsində mövcud vəziyyətin təhlili məqsədilə komitə üzvləri arasında sorğunun keçirilməsi, Azərbaycan ali məktəblərində tədrisin təşkili və daxili keyfiyyət təminatı ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılması və onun təkminləşdirilməsinə dair təkliflərin hazırlanması, institusional akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin təcrübəsinin dinlənilməsi, tədris və keyfiyyət təminatı ilə bağlı qabaqcıl təcrübələrin yayılması üçün dinləmələrin təşkili, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin əmək bazarının araşdırılması barədə təhlilinin nəticələrinin müzakirəsi və bəzi ixtisaslar üzrə müasir əmək bazarının tələblərinin dinamikasının sürətli dəyişikliyi və yeni tələblər mövzusunda müzakirənin təşkili, bakalavriat səviyyəsində bəzi ixtisaslar üzrə 3 illik təhsil proqramlarına keçidlə bağlı təkliflərin müzakirəsi, eyni ixtisaslar üzrə 60 kreditlik seçmə fənlər blokuna daxil edilən fənlərin ali məktəblər arasında qarşılıqlı uzlaşmasının və təhlilinin aparılması, təcrübənin təşkilində qabaqcıl təcrübənin bölüşdürülməsi, ali təhsil müəssisələri arasında uyğun ixtisaslar üzrə Proqram Akkreditasiyası təcrübəsinin bölünməsi və ya nümunələrin hazırlanması, magistratura üzrə yeni nəsil dövlət təhsil proqramlarının hazırlanması və s. kimi məsələlər yer almışdır.
Komitə üzvləri ölkədə ali təhsildə tədris və ümumilikdə keyfiyyətin daha da yüksəldilməsi üçün bütün maraqlı tərəflərlə və layihəyə qoşulmamış üniversitelərlə də əməkdaşlıq etməyə hazır olduqlarını ifadə etdilər.
Komitənin iclasında Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Mikolo Romerio Universitetinin (MRU) Akademik işlər Mərkəzinin dirketoru professor İnqa Yuknite -Perkerikine və MRU-nun digər məsul əməkdaşları da iştirak etmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search