Previous Next

Təcrübəçi tələbələrin "Bioloji müxtəliflik. Azərbaycanın ekoloji problemləri" mövzusunda blok dərsi

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının metodisti Zəminə Məlikovanın təşkilatçılığı ilə Kimya və biologiya təmayüllü Respublika Liseyinin oranjereyasında tələbələr Müzadil Yusibov və Məhsəti Mirzəyeva 9a sinfində "Bioloji müxtəliflik. Azərbaycanın ekoloji problemləri" mövzusunda blok dərs keçmişlər. Açıq dərsdə Kimya və biologiya təmayüllü Respublika Liseyinin direktor müavinləri Aslan Ağakişiyev, Aytən Əliyeva və fənn müəllimi Simuzər Əmmayeva iştirak etmişlər.
Açıq dərsdə Azərbaycanın qlobal problemi olan su ehtiyyatlarının tükənməsi məsələləri qabardıldı. Bu cür dərs canlı və maraqlı keçməyi ilə yanaşı, şagirdləri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search