Previous Next

Bu həftə ADPU-nun digər fakültələrində “Heydər Əliyev dərsləri”nə start veriləcək

  

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan daha bir qrupu (COG2203B) aprelin 10-da Heydər Əliyev Mərkəzini ziyarət edərək “Heydər Əliyev dərsləri”nin iştirakçısı olub. Bununla da həmin fakültənin 1-ci kursunun bütün qruplarında dərslərin keçirilməsi prosesi başa çatıb. Martın 3-dən start götürən dərslərdə indiyədək  fakültənin 14 qrupunun 350-dən çox tələbəsi iştirak edib. 

   Tələbələr mərkəzdəki eksponatlara maraqla tamaşa edib, Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatı dinləyiblər. Sonra onlara “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda mühazirə oxunub. Mühazirədə Heydər Əliyevin fenomenal şəxsiyyətinin ayrı-ayrı cizgiləri, Azərbaycanın dövlətçilik tarixindəki yeri və rolu, ölkə qarşısındakı əvəzsiz xidmətləri barədə danışılıb. Dünyanın ən qüdrətli ölkələrinin dövlət başçılarının, tanınmış ictimai-siyasi xadimlərin Ulu Öndər haqqında söylədiyi fikirlərdən ibarət slaydlar iştirakçılarda xüsusi maraq doğurub. Daha sonra Heydər Əliyevin həyatına və çoxşaxəli fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Tədbir qarşılıqlı sual-cavab və müzakirələrlə davam edib.

   Təqvim ilinin sonunadək “Heydər Əliyev dərsləri” ADPU-nun digər 7 fakültəsinin 1-ci kurslarında da keçiriləcəkdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search