Previous Next

Özbəkistan universitetinin nümayəndələri ADPU-nun Quba filialında olublar

Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın rəhbərliyi ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professor-müəllim və tələbə heyəti ADPU-nun Quba filialına səfər edərək, filialın professor-müəllim və tələbə heyəti ilə görüş keçiriblər.
Görüşdə ADPU-nun Filologiya fakültəsinin dekan müavini, p.f.d. Könül Həsənova və fakültənin əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, ADPU-nun Quba filialının professor-müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir Azərbaycan və Özbəkistan respblikalarının dövlət himnlərinin ifası ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi, f.f.d. Aytən Qurbanovanın moderatorluğu ilə davam edən tədbirdə Səma Asəfovanın ifasında Mahirə Nağıqızının “Salam olsun” şeirinin səsləndirilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev görüşün əhəmiyyətini diqqətə çatdırıb, beynəlxalq əhəmiyyətli tədbirlərin filialda keçirilməsinə yaradılan şəraitə görə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru prof. M.Hüseynovaya minnətdarlığını ifadə edib, Azərbaycan və Özbəkistan respublikaları arasındakı ikitərəfli münasibətlərdən danışıb, qonaqları salamlayaraq, "Evinizə xoş gəlmisiniz!", - deyib.
Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova qardaş özbək xalqının nümayəndələri ilə səmimi görüşün təşkilinə görə filialın direktoru Y.Alıyevə və bütün kollektivə təşəkkür edib. Son illər istər siyasi, istər iqtisadi, istərsə də təhsil sahəsində əldə edilən uğurlardan bəhs edərək, bu işdə hər iki ölkə prezidentinin rolunu xüsusi vurğulayıb, bundan sonra da bu işlərin artan dinamila ilə gedəcəyini qeyd edib. Natiq çıxışının sonunda auditoriyanın çoxsaylı istəklərini nəzərə alaraq, vətən və türkçülüyə aid şeirlər səsləndirib.
Daha sonra Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək dilinin tədrisi fakültəsinin dekanı professor Saodat Muhamedova çıxış edərək, təşkil edilən tədbirə və yüksək qonaqpərvərliyə görə filialın rəhbərliyinə və kollektivə təşəkkür edib. Azərbaycan və Özbəkistanın qardaşlığının tarixinin dərin köklərə dayandığını və qardaşlığa töhfə vermiş Nizami və Nəvai kimi dahilərin rolunu qeyd edərək bildirib ki, bu əlaqələr bundan sonra da davam etdirilməlidir.
Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı çıxış edərək bu tədbirin multikultural dəyərlərə sahib Qubada keçirilməsinin önəmini qeyd etdi.
Çıxış edənlərdən Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin müəllimi Zilala Xusayinova, ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Aysel Şeydayeva qeyd ediblər ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Həmçinin elm, təhsil və mədəni əlaqələrin möhkəmlənməsi baxımından bu cür səfərlərin çox önəmli olduğu diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində filialın tələbələrindən Cəvahir Qocayeva Mahirə Nağıqızının “Vətən” şeirini, Zemfira Davrişova "Sənsən" şeirini səsləndirib, Nicat Piriyev tarda “Qarabağ şikəstəsi”ni, Arzu Babayeva “Sarı gəlin” mahnısını, Tutu Bağırova və Pünhan Şamiloğlu isə özbək rəqsləri ifa ediblər.
Rəngarəng bədii nömrələrlə, türk dillərində səslənən şeirlərlə yadda qalan tədbir qonaqların böyük marağına səbəb olub.
Sonda xatirə şəklləri çəkdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search