Previous Next

ECAR layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin növbəti iclası ADPU-da keçirilib

Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) özünün də tərəfdaşlarından biri olduğu “ERASMUS+ K2” proqramı üzrə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihə çərçivəsində Elmi işlər üzrə komitənin iclası keçirilib. Hibrid formada keçirilmiş tədbirdə layihə üzrə tərəfdaş ali məktəblərin sözügedən komitənin üzvü olan məsul şəxsləri iştirak ediblər.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rektorun adından salamlayıb və iclasın işinə uğurlar arzu edib. Prof. Asəf Zamanov ADPU-nun professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti, elmi işlərin təşkili ilə bağlı mövcud vəziyyət haqqında danışıb, universitetin mövcud təcrübəsini bölüşüb, təkliflərini bildirib.
Layihə çərçivəsində yaradılmış Elmi işlər üzrə komitənin sədri, BMU-nun elmi işlər üzrə prorektoru dos. Elçin Süleymanov iclasda iştirak edənləri salamlayıb, tədbirin təşkilatçılarına təşəkkürünü çatdırıb. Vurğulanıb ki, bu iclas komitənin 2023-cü il üçün iş planına uyğun olaraq keçilir və əsas məsələ Azərbaycan ali təhsil müəssisələrində Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin təşkili və Azərbaycan ali təhsil müəssislərində elmi işlərin təşkili ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılması və onun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasına həsr olunub.
Daha sonra layihə üzrə tərəfdaş ali məktəblərin, o cümlədən iclasa onlayn formada qoşulan region universitetlərinin prorektorları çıxış edərək təmsil etdikləri universitetlərdə göstərilən məsələlərlə bağlı mövcud vəziyyət haqqında məlumat verərək təkliflərini səsləndiriblər.
Sonda iclasda irəli sürülən fikir və təkliflərin ümumiləşdirilməsinin, rəylərin nəzərə alınmasının vacibliyi, növbəti iclasın mövzusu üzrə hazırlıq və s. kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə 15 yerli tərəfdaş universitet və Avropadan olan ali məktəblər, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search