Previous Next

Korreksiyaedici təlim ixtisasının tələbələri Heydər Əliyev Mərkəzində

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 12-ci bəndinə uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mütəmadi olaraq “Heydər Əliyev dərsləri” keçirilir. Mart ayının əvvəlindən indiyədək universitetin birinci kurslarının 20 qrupu həmin dərslərdə iştirak edib.

         Növbəti tədbir aprelin 25-də Məktəbəqədər təhsil fakültəsinin Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan 2 qrupunda (KRT2203B, KRT2204B) baş tutub. 1 akademik saat davam edən dərsdə tələbələr mərkəzdə nümayiş olunan, Ulu Öndərin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən sənədlər, fotolar, kitab və məcmuələrlə tanış olublar. Onlar “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda mühazirəni dinləyib, “Böyük Lider Heydər Əliyevin həyat yolu” adlı sənədli filmə tamaşa ediblər.

       Sonda dərsin gedişində verilən məlumatlar və filmdə əks olunan məqamlar əsasında iştirakçılara suallar ünvanlanıb, xüsusi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

         Dərsdə 50 tələbə iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search