Previous Next

ADPU tələbələri Danimarkada mübadilə proqramında iştirak edir

2016-cı ildən Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında bağlanmış Erasmus+ müqaviləsi (Fəaliyyət 1) çərçivəsində tələbə-müəllim heyəti mobilliyi uğurla həyata keçirilir.
Hazırda ADPU-nun İbtidai təhsil fakültəsinin III tədris ili tələbəsi Fatimə Rəhimova və II kurs tələbələri Fəridə Qəmbərova, Xədicə Rzayeva, Kimya və biologiya fakültəsinin IV tədris ili tələbəsi Rəvan İdrisli Erasmus+ proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin yaz semestri üçün təhsillərini Kopenhagen Universitet Kollecində davam etdirirlər.
Mübadilə proqramı tələbələrə milli mədəniyyəti bölüşmək və paylaşmaq vasitəsi ilə şəxsi inkişafa və özünü kəşf etməyə, həmçinin dil bacarıqlarının daha da inkişaf etməsinə imkan yaradır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search