Previous Next

"Gələcəyə addım" V elmi konfransı keçirilib

Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Gələcəyə addım" V elmi konfransı keçirilib. Konfransda fakültə rəhbərliyi, kafedra müdirləri, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Konfransı giriş sözü ilə açan Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov tələbələrə ilk elmi addımlarında uğurlar arzulayıb. Daha sonra fakültənin TEC sədri dosent Xatirə Adgözəlova çıxıb edib.
Konfrans 5 bölmə - Bərk cisimlər fizikası, Nəzəri fizika və astronomiya, Nanotexnologiya və şüalandırılmış yarımkeçiricilər, Fizikanın tədrisi metodikası və Texnologiyanın tədrisi metodikası bölmələri üzrə təşkil olunub.
Qeyd edək ki, konfransa 65 tezis təqdim olunub. Konfrans iştirakçıları arasında BDU tələbələri də var.
Konfransda bölmələr üzrə ən yaxşı təqdimat edən 3 tələbə işinə diplom, digər iştirakçılara isə sertifikat təqdim ediləcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search