Previous Next

“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 16-da Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb, Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib. Bildirilib ki, müsabiqə zamanı 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. Tələbələr “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər.
Tədbir “Təhsil TV”nin təqdimatında müsabiqənin gedişatına dair video-çarxın nümayişi ilə davam edib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox gəncin SSRİ-nin 170-ə yaxın ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini, bu siyasətin müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Dövlət Proqramları ilə minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.
Daha sonra müsabiqənin final mərhələsində iştirakına görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Günel Pənahova, Rasim Həsənzadə və Sima Məmmədovaya təltifləri təqdim edən ADPU-nun rektoru professor Cəfər Cəfərov onları təbrik edib və uğurlar arzulayıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search