Previous Next

"Tədqiqata əsaslanan dərsin təşkili və qiymətləndirilməsi" mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi-Tədqiqat Mərkəzinin "ADPU-da mentor hazırlığı müasir təlim texnologiyalarının tətbiqində mühüm amil kimi: elmi-metodoloji əsasları və həyata keçirilməsi" mövzusunda tədqiqat layihəsi çərçivəsində Kimya və biologiya fakültəsində "Tədqiqata əsaslanan dərsin təşkili və qiymətləndirilməsi" adlı seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva tədqiqatəsaslı tədris metodlarının öyrənilməsi və tətbiqinin vacibliyini vurğuladı. Elmi-Tədqiqat Mərkəzinin Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzova öncə seminarın məqsədindən danışaraq bildirib ki, fakültənin professor-müəllim heyətinin tədqiqata əsaslanan məzmuna dair keçəcəkləri dərslərin təşkili və qiymətləndirilməsi baxımından bacarıqlarının daha da təkmilləşdirilməsi müasir dövrün tələbidir. Qeyd olunub ki, tədqiqata əsaslanan məzmuna dair dərslərin təşkili tətbiqi əhəmiyyətə malik olub, tələbələrdə bir çox bacarıqların formalaşdırılması üçün zəmin yaradır.
Müəllimlərlə ünsiyyət əsasında maraqlı keçən təlim praktik olaraq qruplarla iş əsasında həyata keçirilmiş və təqdimatlarla başa çatmışdır. Seminar boyu müzakirələr aparılaraq nəticələrə gəlinmişdir. Seminarın sonunda mentorlar müəyyənləşdirilmişdir.
Təlimdə Elmi-Tədqiqat Mərkəzinin Tətbiqi tədqiqatlar bölməsinin kiçik elmi işçisi Elmira Məhərrəmova, Fundamental araşdırmalar bölməsinin kiçik elmi işçisi Aynurə Əliyeva və fakültənin qırxdan çox professor-müəllim heyəti iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search