Previous Next

Türkiyə Maarif Vəqfinin nümayəndələri ADPU-nu ziyarət edib

İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə Maarif Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Gülnar Ələkbərova və Taisa Mamedova , Türkiyə Maarif Vəqfini isə qurumun Azərbaycan üzrə ölkə təmsilçisi dr. Sərdar Gündoğan, “İMSA Maarif Schools” direktoru Ertuğrul Toy, Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçiliyinin təhsil işləri üzrə koordinatoru Əzim Heydərov təmsil ediblər.
“Bir millət, iki dövlət” prinsipi əsasında qurulan münasibətlərin yüksək səviyyədə olduğunu bildirən ADPU-nun rektoru prof. C.Cəfərov görüşün keçirilməsindən məmnun qaldığını bildirərək, yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün Türk dünyası üçün layiqli nümunə olduğunu qeyd edib. Rektor Cəfər Cəfərov, həmçinin ADPU-da həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin beynəlmiləlləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici dilin tədrisinin səviyyəsinin yüksəldilməsi sahəsində gerçəkləşən tədbirlər barədə ətraflı məlumat verib.
Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi dr. Sərdar Gündoğan, Vəqf ilə Pedaqoji Universitetin ortaq tədbirlər təşkil etməsi və qarşılıqlı tələbə-müəllim müdabiləsinin həyata keçirilməsinin prespektivlərini qeyd etdi.
Yekunda Sərdar Gündoğan ADPU-nun “Türk Araşdırmaları” Elmi-tədqiqat Mərkəzini ziyarət etdi və universitetlə tanış oldu.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search