Previous Next

Birləşmiş Krallığın Koventri Universitetinin nümayəndələri ADPU–nu ziyarət ediblər

İyunun 8-fə Böyük Britaniya Birləşmiş Krallığın Koventri Universitetinin prorektor müavini professor Riçard Deşvud və professor Maykl Hardi Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər. Görüşə, həmçinin Azərbaycan Menecment və Turizm Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa qatılıb.
Görüşdə ADPU–nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Taisa Mamedova iştirak ediblər.
Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, beynəlxalq tədqiqatlarda birgə çalışmaq, universitetlərarası əlaqələri inkişaf etdirmək və beynəlxalq həmmüəlliflərlə məqalələr dərc etdirmək arzusunu ifadə ediblər. Bundan əlavə, ikili diplom sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunub və belə əməkdaşlığın qarşılıqlı faydalı olacağı vurğulanıb.
Yekunda qonaqlar ADPU-nun tədris binası ilə tanış olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search