Previous Next

Məktəblilər üçün ADPU-nun Quba filialının tanıtımı keçirilir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının tanıtımı layihəsi çərçivəsində Quba rayonu II Nügədi kənd 3 saylı və Quba şəhəri 6 saylı tam orta məktəbin şagirdləri filialda olub.
Tanıtım proqramında 3 saylı məktəbin təşkilatçı müavini Samirə Məmmədova, riyaziyyat müəllimi Ayşən Xəlilova və 9,10, 11-ci sinif şagirdləri, o cümlədən, 6 saylı məktəbin təşkilatçı müavini Günay Təhməzova və 11-ci sinif şagirdləri filial ilə tanış olublar.
Görüş zamanı şöbə müdirləri Pərvanə Rzayeva və Yusif Abayev tərəfindən filialdakı ixtisaslar, tədris prosesi, kadr hazırlığı, pedaqoji heyət haqqında geniş məlumat verilmiş, qeyd edilmişdir ki, hazırda filialda 11 ixtisas üzrə qəbul aparılır ki, bu da fəaliyyətə 2 ixtisasla başlayan bölgə ali məktəbi üçün olduqca böyük nəticədir. Son illərdə filiala qəbul olunan tələbələr arasında 500 baldan yüksək nəticə göstərən abituriyentlərin sayında artım müşahidə olunur. Hətta 600 baldan yuxarı nəticə ilə qəbul olunanlar tələbələr də var.
Sonra universitetlə tanışlıq olub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search