Previous Next

Növbəti həftədən magistr dissertasiyalarının müdafiəsi başlayır

İyun ayının 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistratura səviyyəsi üzrə dissertasiyaların müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış şuraların sədrləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Universitetin rektoru professor Cəfər Cəfərov, əvvəlcə, Pedaqoji Universitetin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən, növbəti 5 il üçün institusional akkreditasiyadan uğurla keçməsi münasibəti ilə kollektivi təbrik edib və qarşıdakı dövrün universitetin qarşısında yeni imkanlar açdığını xüsusilə vurğulayıb.
Rektor bildirib ki, ADPU-da 2023-2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə dövrün tələblərinə uyğun bir neçə yeni ixtisasa qəbul həyata keçiriləcək. Həmçinin infrastruktur, tədris proqramları və qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində sistemli iş aparıldığını qeyd edən rektor bildirib ki, bir neçə ildir universitetdə tətbiq olunan yazılı, şifahi və hibrid imtahan sisteminin yekun hədəfi gələcəyin müəllimlərimdı sərt bacarıqlarla (biliklər) yanaşı yumşaq bacarıqları da dəyərləndirməkdir.
Daha sonra çıxış edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov diqqətə çatdırıb ki, ADPU-da magistrantların dissertasiyalarının müdafiələri 14 iyun-06 iyul 2023-cü il tarixlərində keçiriləcək və bu məqsədlə 25 İxtisaslaşdırılmış Şura yaradılmış, şuraların üzvləri və sədrləri müəyyən olunmuşdur. Bildirilib ki, İxtisaslaşdırılmış Şura sədrlərindən 22 alim Pedaqoji Universitetin, 3 alim isə Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin əməkdaşlarıdır.
Məlumat verilib ki, cari ildə ADPU-dan məzun olacaq 311 nəfər magistrantdan dissertasiya müdafiə edəcək 263 nəfərdən 255 magistrantın işi müdafiəyə buraxılıb. Yerdə qalan magistrantlardan ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramında təhsil alan 24 nəfəri layihə işi hazırlayacaq, təhsil üzrə MBA ixtisaslaşmasında təhsil alan magistrantlardan 24 nəfəri də dissertasiya müdafiə etməyəcəklər.
Prorektor çıxışında ADPU-da magistr dissertasiyalarının qiymətləndirilməsində ötən ildən tətbiq olunan yeni qiymətləndirmə modeli haqqında da məlumat verərək, diqqətə çatdırıb ki, artıq kafedra qiymətləndirilməsi aradan qaldırılıb və İxtisaslaşdırılmış Şurada dissertasiya işinin məzmununa 0-60 bal, təqdimata 0-25 bal, sualların cavablandırılmasına isə 0-15 bal aralığında qiymət verilir və yekun bal hər göstərici üzrə verilən balların cəmi şəkilində hesablanır. Müdafiədə minimum hər göstərici üzrə mümkün maksimum balların 50 faiz+1 hissəsinin cəmi olan 52 balla, maksimum 100 bal arsında nəticə əldə edən magistrantlar müdafiədən keçmiş hesab olunur.
Yekunda şura sədrlərinin sualları cavablandırıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search