Previous Next

Pedaqoji Universitet yeni ixtisaslara qəbul elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti bütün sahələr üzrə yüksəkixtisaslı pedaqoji kadr hazırlamaq missiyasına uyğun olaraq, dövrün tələblərini nəzərə alaraq, ilbəil yeni ixtisaslar üzrə kadr hazırlığını genişləndirir, təhsildə ən müasir innovativ texnologiyaları tətbiq edir.

Tələbələri üçün geniş imkanlar yaradan ADPU-da cari tədris ilindən bakalavriat səviyyəsi üzrə iki yeni ixtisas, bir ixtisasda isə yeni bölmə, magistratura səviyyəsində bir yeni ixtisaslaşma üzrə qəbul aparılacaq:

Bakalavriat üzrə:

- "Türk dili və ədəbiyyatı müəllimliyi"*

- "Rus dili və ədəbiyyatı müəllimliyi"**

- "Xarici dil müəllimliyi (ingilis dili)"**

 

Magistratura üzrə:

- "Menecment (Ali təhsilin təşkili və idarə olunması)"*

 

* Qəbul Azərbaycan bölməsi üzrə aparılacaq.

** Qəbul rus bölməsi üzrə aparılacaq.

 

Qeyd edək ki, artan tələbatı nəzərə alaraq, ADPU-nun 2023/2024-cü tədris ili üçün ümumi qəbul planı da ötən tədris ilinə nisbətdə 100 yer artırılaraq 2570 nəfərə çatdırılıb. Xatırladaq ki, ötən il, ADPU-nun qəbul planı 100 faiz dolub.

Məlumat üçün bildirək ki, ADPU-da bakalavriat səviyyəsi üzrə 24 ixtisasda, magistratura səviyyəsi üzrə 28, doktorantura səviyyəsi üzrə isə 33 ixtisaslaşmada kadr hazırlığı həyata keçirilir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search