İyunun 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası ilə bağlı şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə valideynlərin iştirakı ilə “Açıq qapı günü” keçirilib.
"Açıq qapı günü”ndə iştirak edən bir qrup valideyn imtahan prosesininin gedişini izləyib.
Sonra filialın direktoru dosent Yusif Alıyev valideynlərlə görüş keçirib. Görüşdə o, valideynlərə filialda imtahanların şəffaf, obyektiv və yüksək səviyyədə keşirilməsi məqsədilə yaradılan İmtahan komandası haqqında məlumat verib. Bilidirib ki, məqsədimiz dövlətimizin inkişaf konsepsiyasında əsas istiqamət olan rəqabətədavamlı insan kapitalının yetişdirilməsi və bununla da yüksəkixtisaslı pedaqoji kadrlar hazırlamaqdır. Bu məqsədə nail olmaqda valideynlərin dəstəyinə böyük ehtiyac olduğunu bildirən dos. Yusif Alıyev filialda Filial-Valideyn Şurasının (Assosiasiyası) yaradılmasının da vacibliyini vurğulayıb.
Sonra valideynlər yaradılan şəraitə görə filial rəhbərliyinə öz minnətdarlıqlarını bildirməklə, imtahanların mərkəzləşdirilmiş qaydada daha obyektiv və şəffaf keçirilməsindən çox məmnun olduqlarını ifadə ediblər. Həmçinin qeyd ediblər ki, Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialının inkişafında onlar da öz dəstəklərini əsirgəməyəcəklər.
Görüşdə, həmçinin filialın İmtahan Qərargahının sədri Pərvanə Rzayeva, Apellyasiya Komissiyasının sədri p.ü.f.d. Aysel Şeydayeva, müvafiq fakültələrin dekan müavinləri Mürvət Əliyev, Nübar Bayramova və tütorlar iştirak edib.